MimioPad
Sentyabr 10 2014 / Avadanlıq
MimioTeach™ sisteminizə MimioPad™ simsiz planşet əlavə etməklə özünüzə və şagirdlərinizə kompyuterdən 9,1 metrə qədər məsafədən lövhədə birgə işləmək imkanı qazandırırsınız. MimioPad dəstinə elektrikdən dolan litium-ion batareyası ilə işləyən nazik stilus qələmi və MimioStudio proqram təminatı daxildir. MimioStudio proqramında daha çox istifadə olunan funksiyaları planşetdəki fərdiləşdirilmiş qisayol düymələrindən idarə etmək olar. Bir kompyuterə 50-yə qədər MimioPad planşeti qoşula bildiyindən şagirdlər yerlərindən durmayaraq dərsdə fəal iştirak edə bilərlər.
Dəstə daxildir:
- MimioPad™ planşeti
- stilus qələmi
- USB mini-B kabeli (0,9 m uzunluğunda)
- USB RF simsiz qəbuledici
- qələm ucu dəyişdirmə aləti
- dəyişdirilə bilən 2 ədəd qələm ucu
- dolabilən litium-ion batareyası
- qələm ipi (seçimlə)
- Windows (MimioStudio 7) və Mac (MimioStudio 6.21) proqram təminatının quraşdırılması üçün 3 ədəd CD
- MimioPad quraşdırılma və istifadə təlimatı (Win, Mac, Linux üçün).
Dərslərin endirilməsinin statistikası 01.12.2014 tarixdən etibarən hər ay üzrə hesablanır.
Dərslərin baxılma statistikası 2011-ci ildən etibarən hesablanır.